SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

DİN Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.

Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

BAKU.WS