SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzda bir nəfərin ölümü və 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib.

"VAZ 21011" markalı minik maşını ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub.

Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov dünyasını dəyişib.

Qəzada 1998-ci il təvəllüdlü Aslanova Ayşə Vidadi qızı, 1991-ci il təvəllüdlü Alıyev Sabir Məzahir oğlu, 1963-cü il təvəllüdlü Məmmədova Rəna İdris qızı, 1992-ci il təvəllüdlü Həsənov Əmrah Şəhadət oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Siyavuş Aslan oğlu və 1997-ci il təvəllüdlü Əliyev Fəzail Məzahir oğlu yaralanıb.

Yaralıların bir qismi Tovuz rayon Mərkəzi Xəstəxanasına, bəziləri isə Gəncə şəhərinə gətirilib.

BAKU.WS
QALEREYA