SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Beləki, sürücü Kəlbəcər rayon sakini 27 yaşlı Xıdırov Elçin Bayram oğlu “VİTO Mercedes” markalı avtomaşınla Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Ağsu rayon Kəndoba kənd sakini 53 yaşlı İbadov Səfa Balakişi oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS