SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə "report"a universitetdən məlumat verilib.

Bildirilib ki, 64 yaşında dünyasını dəyişən Yaşar Məmmədli 1979-1985-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb.

1990-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

2006-cı ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosentidir.

BAKU.WS