SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəyin İvanovka kənd sakini, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayılıdqdan sonra Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin kəndə gedərək qadını kənd ərazisində gəzərkən aşkarlayıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov BAKU.WS-in bölgə müxbirinə bildirib ki, yaşlı qadına qarşı zorakılıq göstərən şəxs saxlanılıb.

“Onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra aidiyyəti qurumlara məlumat verilib.

Səkinə Həsənova Göygöl rayonunda yerləşən 3 saylı psixo-nevroloji mərkəzinə yerləşdirilib. Daha sonra qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib", - deyə Eşqin Qasımov bildirib.

Daha sonra qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci ( Qanunsuz azadlıq məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.

Qeyd edək ki, ötən gün “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə 85 yaşlı Səkinə adlı qadının Gədəbəy rayonunun Novo İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılması barədə videogörüntüləri yayıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

BAKU.WS