SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, avtomobil qəzası Cavadxan küçəsində baş verib.

Belə ki, “Daewoo” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında geriyə dönmə əməliyyatı yerinə yetirərkən “Toyota” markalı nəqliyyat vasitəsini idarə edən şəxs sükana nəzarəti itirərək “Daewoo”ya çırpılıb.

Qəza nəticəsində “Daewoo”da olan sərnişin xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

BAKU.WS
VİDEO