SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda parkdakı Nikola Tesla heykəlinin yanında özünü asan 27 yaşlı Mirəziz Əlizadənin intihar səbəbi bəlli olub.

Xəzər TV-nin məlumatına görə, Xırdalan şəhərində qeydiyyatda olan 1994-cü il təvəllüdlü M.Əlizadə bir müddət Nərimanov rayonunda kirayədə yaşayıb.

İntihardan saat 11:00 radələrində parka gələn sakinlər xəbər tutublar. Daha sonra təcili tibbi yardıma və polis bölməsinə xəbər verilib.

Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, intihar edən şəxs 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydiyyatda olub. Mərhumun narkoloji asılılığının olduğu da deyilir.

BAKU.WS
VİDEO