SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboyda iki nəfər dəm qazından zəhərlənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Aynurə Rəsulova və 2013-cü il təvəllüdlü Sürayyə Rzayeva dəm qazından zəhərlənərək rayon xəstəxanasına aparılıblar.
Zəruri tibbi yardım göstərildikdən sonra hər iki şəxsin durumu stabilləşib və onlar evə buraxılıblar.
BAKU.WS