SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində tibb işçisi dərmandan zəhərlənib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Avtozavod qəsəbəsi adlanan yaşayış massivində qeydə alınıb.

1985-ci il təvəllüdlü Pəri Qurbanova dərman zəhərlənməsi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. Qadına ilkin tibbi yardım göstərilib və vəziyyəti ağırdır. Onun hansı şəraitdə dərmandan zəhərlənməsi ilə bağlı araşdırma başlanılıb.

İlkin məlumata görə P. Qurbanova tibb müəssisələrinin birində tibb bacısı işləyir.

BAKU.WS