055 213 76 73
Dağıntılar altından daha bir dinc Gəncə sakini çıxarılıb.
BAKU.WS xəbər verir ki, həmin anları İctimai TV-də anbaan çəkib.
Xilasedicilər dağıntılar altında qalan şəxsi çıxarıb və xəsarət alan şəxs dərhal xəstəxanaya çatdırılıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun son məlumatına görə, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
BAKU.WS
VİDEO