TƏCİLİ – Keşikçi dağdakı insidentə görə gürcü səfir XİN-ə çağırıldı
15
iyl
2019
16:56
Azərbaycan Xarici İşlər Nazirliyi Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb.BAKU.WS xəbər verir ki, məlumatda deyilir:"14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.Məsələ ilə bağlı müvafiq izahat istənilib.Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülən işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib".
Oxşar xəbərlər
"Keşikçi Dağı ilə bağlı Gürcüstanla danışıqlarımız davam edir"
"Keşikçi Dağı ilə bağlı Gürcüstanla danışıqlarımız davam edir"Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi m...