Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.

BAKU.WS
xəbər verir ki, bu barədə “Xalq qəzeti” məlumat verib.

Bildirilib ki, bu barədə baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Yeni qərara görə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı 15 (on beş) nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında

Dövlət Fitosanitar Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında

Dövlət Baytarlıq Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının hüquq şöbəsinin müdiri”.

BAKU.WS