Prezident İlham Əliyev Fazil Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam verib.

BAKU.WS-in məlumatına görə, sərəncamda qeyd edilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin".

Digər bir sərəncamla Mikayıl Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilib.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilsin".

BAKU.WS