I Qarabağ müharibəsinin iştirakçısı, karate ustası Süleyman İsmayılov İnstagram səhifəsində döyüş yoluna, idman həyatında dair bir sıra fotoşəkillər yerləşdirib. 

Fotoşəkillərdə Süleyman İsmayılovun müxtəlif vaxtlarda çəkilmiş, ölkəmizin idman ictimaiyyətinə aid tanınmış şəxslərlə çəkdirdiyi fotoşəkillər də yer alıb.

Turkustan.info bildirir ki, belə fotoşəkillərdən hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini daşıyan Mədət Quliyevdə var.

Qeyd edək ki, Mədət Quliyev gənc yaşlarından idmanla məşğul olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.

1976-1980-ci illərdə Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edib. O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub, SSRi yarışlarında çempion olub, dəfələrlə respublika çempionu olmaqla yanaşı, hətta Azərbaycanın bayrağını xarici ölkələrdə də ucaltmağa nail olub. 1979-cu ildə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə üçüncü dan qara kəmər alıb.
 
BAKU.WS

 

 



TƏCİLİ KREDİT SİFARİŞLƏRİ