Sumqayıtda dəhşətli cinayət hadisəsi baş verib.
 
BAKU.WS ANS PRESS-ə istinadən xəbər verir ki, qısqanclıq zəminində həyat yoldaşını öldürən 29 yaşlı gənc intihar edib. Hadisə H. Z. Tağıyev qəsəbəsində baş verib. Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, qəsəbə sakini, 29 yaşlı Famil Adıgözəlov aralarında yaranan şəxsi mübahisə zəminində həyat yoldaşı, 32 yaşlı Xalidə Adıgözəlovaya bıçaq zərbələri endirib. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb. Arvadının öldüyünü görən F. Adıgözəlov daha sonra bıçaqla öz boğazını kəsib.

Yaralı ağır vəziyyətdə Sumqayıt Şəhər Təcili  Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirdilər ki, özünə xəsarət yetirən kişinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun hıyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
BAKU.WS