Qəbələ şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini yad ediblər. "Əbədi məşəl” abidə kompleksi önünə gül dəstələri qoyublar.

Sonra qonaqlar ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.

Hazırda Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində müdafiə nazirləri arasında təkbətək və üçtərəfli formatda danışıqlar başlayıb. Sonra isə görüşlə bağlı nazirlərin birgə mətbuat konfransı keçiriləcək.
 
BAKU.WS

 

 


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ