SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Bakıda orta və aşağı səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq. 

BAKU.WS xəbər verir ki, bu barədə məlumat "time-in.ru"da qeyd olunub.

Məlumata görə, geomaqnit qasırğası  səhər saat 9-12 aralığında pik həddə çatıb. Daha sonra nisbətən azalsa da günboyu davam edəcək. Gecə saat 03 radələrindən sonra isə qasırğa səngiyəcək. 

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər. Adətən dərman qəbul edən hipertoniya və insult xəstələri, asmatik problemi, ürək və yaxud hər hansı bir xroniki, iltihabi, yoluxucu xəstəliyi olanlar, nəfəsalmada problemlə üzləşənlər maqnit qasırğası zamanı təzyiqin oynaması, aşağı enməsi və yuxarı qalxması nəticəsində özlərini narahat hiss edə bilərlər. Mütəxəssislər belə şəxslərə çölə çıxmamağı məsləhət görür. 

BAKU.WS
QALEREYA