SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 11°-dək isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin martın 14-də gündüz bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

BAKU.WS