Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb.

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, imtahanda I ixtisas qrupu üzrə bir abituriyent Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.

İmtahanda maksimum bal yığan abituriyent Tofiq Rexşan oğlu Muxtasanovdur. O, buraxılış imtahanında da yüksək nəticə göstərib.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ