SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp azərbaycanlı qızın uğurundan danışıb. 

BAKU.WS-in məlumatına görə, Hindistanda keçirilən "Qlobal Sahibkarlıq Sammiti"ndə çıxış edən İvanka Tramp çıxışı zamanı Azərbaycandan olan Reyhan Camalovanın ixtirasından söhbət açıb.

O bildirib ki, Reyhan yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunu yaradıb: "Reyhanın cəmi 15 yaşı var. Amma bu onu yağış suyundan enerji istehsal edən şirkət yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var: "Hər dəfə bir evi işıqlandır!" Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır... Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır".

Qeyd edək ki, Reyhan 2002-ci ildə Qubada doğulub və hal-hazırda Bakıda "İstək" liseyində təhsil alır.

Nazim
BAKU.WS