SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Artıq iki gündür ki, bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə sıfır bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir. Əsas istinadı hansısa facebook postu olan bu "məlumatların", təəssüf edirik ki, heç bir rəsmi istinad mənbəyi yoxdur, deməli, həm də həqiqəti əks etdirmir".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

"Məlumat üçün deyək ki, 2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub. Diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanıb. Bu müəllimlər arasında 0 bal alan yoxdur. Eyni zamanda, bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi sıfır bal olmayıb", - nazirlik sözçüsü əlavə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatda bu il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik imtahanında 300 müəllimin özlərinin tədris etdiyi fəndən sıfır qiyməti aldığı iddia olunub.
 
BAKU.WS