SİZİN REKLAM BURADA!
055 213 76 73


2023-2024-cü tədris ilində paytaxt üzrə 4 nəfər direktor, 7 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini və 2 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə təyin olunub.
 
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
 
Qeyd olunub ki, həmin müddətdə Bakı şəhəri üzrə məktəblərdə 1 227 nəfər müəllim müddətsiz müqavilə ilə, 500 nəfər müəllim isə müddətli müqavilə ilə işlə təmin olunub.
BAKU.WS