SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada tədris başlayıb. 

BAKU.WS xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub. 

BAKU.WS olaraq Bakının Binəqədi rayonunda yerləşən Rizvan Pirnəzərov adına 299 nömrəli məktəb-liseyindən reportaj hazırladıq.

Bu tədris ili digər Bilik günlərinə nisbətən daha fərqli oldu. Məktəb rəhbərliyi əvvəlcə uşaqları məktəb başlaması münasibətilə təbrik etdi. Daha sonra Azərbaycan Ordusunun qələbəsi və torpaqlarımızın işğaldan azad olunması vasitəsilə uşaqlara məlumat verildi.

Uşaqların temperaturu ölçüldü və bütün sanitar qaydalarına əməl olunaraq uşaqlar məktəbə daxil oldular.

Məktəbin direktoru Solmaz Kazımova BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu il ümumilikdə liseydə 2568 şagird təhsil alacaq. Onlardan 210 şagird məktəbə qədər hazırlıq qrupundadır. Bu tədris ilində məktəbin I sinifinə 275 şagird qəbul olunub. Onlardan 44 nəfəri rus bölməsindədir.

XI sinifdə 147 şagird təhsil alır. 18 şagird rus bölməsində təhsil alır.

Qeyd edək ki, ötən il liseyin 97 məzunu olub. Məzunlardan 67 nəfər ali məktəblərə daxil olub. 10 şagird isə kolleclərə daxil olub.

Ali məktəblərə daxil olan şagirdlərdən bir nəfər – Jalə Ceyhun qızı Sevdimli 690 balla ADNS-ya daxil olub.

Xatırladaq ki, 2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird oxuyacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə 471 661 şagird təhsil alacaq. I sinifdə 49 171, IX sinfində 36 199, X sinfində 27 016, XI sinfində 23 707, XII sinfində 176 şagirdin oxuması ehtimal olunur.

BAKU.WS
QALEREYA