Azərbaycanın Türkiyədəki səfirliyi 2021-2022-ci tədris ilində Türkiyə universitetlərinə qəbul olunmuş ölkə vətəndaşlarına müraciət edib.

BAKU.WS xəbər verir ki, müraciətdə bildirilir ki, Azərbaycan vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə bilirlər, lakin 90 gündən artıq qalmaq istəyən Azərbaycan vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər. 

“Azərbaycan Respublikasının vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyə Respublikasına səyahət edə bilirlər. Bildiririk ki, şəxsiyyət vəsiqəsinin Türkiyəyə sərhədkeçmə sənədi kimi istifadə olunması yalnız turistik səyahət üçün nəzərdə tutulub.

Türkiyə Respublikasının ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, Türkiyəyə təhsil almağa gələn vətəndaşlarımızın bu dövlətə pasportla giriş etmələri çox vacibdir”, - deyə Səfirliyin məlumatında qeyd olunub.

BAKU.WS