SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəran Dövlət Universitetinin (LDU) Texnologiya və texniki fənlər kafedrasının dosenti, texnika elmləri namizədi Oqtay Mürsəliyev vəfat edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, LDU-nun rektoru, professor Natiq İbrahimov başda olmaqla universitetin pedaqoji kollektivi, professor-müəllim heyəti O.Mürsəliyevin vəfatı ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, O.Mürsəliyev 1947-ci ildə anadan olub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İstehsal proseslərinin avtomatlaşdırılması üzrə mühəndis elektromexanik” ixtisası üzrə təhsil alıb, 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

O.Mürsəliyev 60 elmi-metodik əsərin (bunlardan doqquzu elmi ixtira, on beşi dərs vəsaiti) müəllifidir.

Allah rəhmət eləsin!

BAKU.WS