SİZİN REKLAM BURADA!
055 213 76 73


"V-IX siniflər üzrə dərslərin bərpası haqqında qərar mövcud vəziyyət nəzərə alınmaqla veriləcək".

BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu bu gün keçirilən vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər və məktəbəqədər qruplar üçün tədris qismən bərpa ediləcək:

“Fevralın 1-dən yenidən hibrid təhsil formasını tətbiq edəcəyik. Tədrisin bərpası ilə bağlı Nazirlər Kabinetinin daha əvvəl verdiyi qərar qüvvədədir. Tədris həmin qərar əsasında təşkil olunacaq. Məktəblər, müəllimlər tədrisin təşkilinə hazırdırlar”.

BAKU.WS