SİZİN REKLAM BURADA!
055 213 76 73


“Dünya bazarında neftin qiyməti müəyyən amillərdən asılı olaraq gah düşür, gah da qalxır. Buna soyuqqanlı yanaşmalıyıq. Neftin ucuzlaşmasına görə təşvişə düşməyə ehtiyac yoxdur".

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

"Bu gün azalan qiymət sabah arta da bilər. Biz dövlət büdcəsini tərtib edəndə bu proseslərə kifayət qədər ehtiyatlı yanaşmışıq.

Bu il neftin büdcə qiyməti ötən illə müqayisədə azdır. Biz artıq büdcə qaydası üzrə işlərimizi qururuq, yəni artıq daha uzunmüddətli proqnozlaşdırma əsasında işləyirik.

Ən azı ortamüddətli proqnozlarımız var. 2020-ci ilin büdcəsi neftin qiymətinin kəskin şəkildə enməsindən belə sığortalanıb.

Çünki büdcəyə manatla transferlər nəzərdə tutulub, onların məbləği dəyişmir. Ucuzlaşma prosesi uzun çəkdiyi halda, yəqin ki, iqtisadi siyasətimizə hansısa düzəlişlər edə bilərik.

Amma mən hesab etmirəm ki, hazırda tələsik addımlar atmalıyıq. Kifayət qədər valyuta ehtiyatlarımız da var, lazım gəldikdə arzuolunmaz şoklara cavab verə bilərik", - deyə o, qeyd edib.

BAKU.WS