SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya rəhbərliyi fiziki şəxslər üçün sərhədindən meyvə və tərəvəz keçirilməsi ilə bağlı qaydaları sərtləşdirir.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, Azərbaycan da daxil olmaqla, digər ölkələrdən Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq mümkün olmayacaq.

Yeni qaydalara görə, gəmi, təyyarə, qatar və avtomobillə Rusiyaya gedən sərnişinlərin əl çantaları və yüklərində meyvə və tərəvəz, gül və bitki mənşəli məhsulların miqdarı sərhəd-keçid məntəqələrində Gömrük Federal Xidmətinin əməkdaşları tərəfindən yoxlanılacaq.

Əgər adıçəkilən məhsulların miqdarı 5 kiloqramdan artıq olarsa, o zaman həmin vətəndaşdan fitosanitar sertifikat tələb olunacaq.

Bundan başqa, Rusiyaya ancaq üç buket (hər buketdə 15 ədəd gül olmaqla) aparmaq mümkün olacaq.

Yüklər bütün nəqliyyat növlərində yoxlanılacaq.
BAKU.WS