SİZİN REKLAM BURADA!
055 213 76 73



Mingəçevir şəhərində ilansancma hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü şəhər sakini Salamova Sona Əliyar qızı bazarda meyvə-tərəvəz almaq istəyən zaman əlindən ilan sancıb.

Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.

İlkin ehtimala görə, ilan bazar ərazisinə hansısa kənd təsərrüfatı məhsulunun qutusunda gəlib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS