Dünya birjalarında neftin qiyməti bahalaşıb.
 
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 2,50 dollar bahalaşaraq 30,72 dollar olub.
 
Londonun İCE birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 2,89 dollar artaraq 30,67 dollara çatıb. 

"AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,65 dollar bahalaşaraq 30,47 dollar təşkil edib.
 
Qeyd edək ki, beynəlxalq agentliklər neftin qiyməti ilə bağlı bədbin proqnozlar açıqlayırlar. Britaniyanın "Standard Chartered" bankının analitikləri neftin qiyməti ilə bağlı pessimist proqnozu verib. Agentlik bildirib ki, neftin bir bareli üçün qiymət 10 dollara qədər ucuzlaşa bilər. Qeyd edilir ki, bu həftədə bir sıra banklar ("Barclays", "Macquarie", "Bank of America", "Merill Lynch" və "Societe Generale") 2016-cı ildə neft qiymətləri üzrə öz proqnozlarını pisləşdirib. "Barclays" 2016-cı ildə Brent və WTI  markalı neftin orta qiymət proqnozunu 56-60 dollardan 37 dollara qədər azaldıb.

"Bank of America" ekspertləri isə 2016-cı ildə bir barelə görə orta qiyməti 46 dollar olaraq müəyyən edib. "Morgan Stanley" bir barelə görə orta qiymətin 20 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır.
 
Şahin Həbibov
BAKU.WS