055 213 76 73
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, heç bir yerə müraciət olunmadan və sənəd təqdim etmədən müavinət təyin olunacaq.
Nəticədə isə uşağın doğulmasına görə birdəflik müavinətin alınması üçün vətəndaşların sənəd toplayaraq quruma müraciət etməsinə ehtiyac qalmayacaq.
Yeni doğulan uşaqla bağlı məlumat aidiyyəti qurumun informasiya sistemindən əldə olunaraq elektron qaydada birdəfəlik müavinətin təyin olunması və bu barədə həmin ailəyə rəsmi məlumatın göndərilməsi təmin ediləcək.