SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu ilin aprel ayının 1-dən avqust ayının 31-ə kimi keçirilən “Xırdalan iç, Xırdalanda ev qazan” promokampaniyası çərçivəsində son mənzilin sahibinin adı məlum olub. Qalib Xanım Həsənovadır. Sentyabrın 28-də o, mənzilin açarlarını alıb.

Carlsberg Azerbaijan-ın “Xırdalan” flaqman brendinin milli promokampaniyası çərçivəsində Xırdalan şəhərində yerləşən Kristal Abşeron Kompleksindəki 3 yeni təmirli mənzil oynanılıb. Aksiyada iştirak etmək üçün 18 yaşına çatmış şəxslər Xırdalan pivəsi almalı, qapağın altındakı kodu tapıb, www.xirdalanpromo.az reklam saytında qeydiyyatdan keçməli idilər.

Kampaniyada Lotereya işarəli məhsullar iştirak edib: “Xırdalan iç - Xırdalanda ev qazan!”, lotereyada 37,000-dən çox kod və 10,000-dən çox istehlakçı iştirak edirdi.

Carlsberg Azerbaijan-ın marketinq üzrə direktoru Yana Slivka: "Aksiya təşkilatçıları olaraq bizim üçün qalibin müəyyən olunması prosesinin şəffaflığı çox vacib idi və hər bir istehlakçımız rəsmi Facebook səhifəmizdə canlı yayımda qalibin müəyyən edilməsi prosesini izləmək imkanına malik idi”.

Bu gün üçüncü qalib mükafatlandırıldı və biz çox şadıq ki, qaliblərimizin həyatına müsbət töhfə vermiş, və bəlkə də həyatlarını yaxşı mənada dəyişə bilmişik. Xırdalan brendi milli brend kimi tanınmaqla yanaşı, eyni zamanda bizim qürur mənbəyimizdir. Çünki Xırdalan Londonda keçirilən "International Beer Challenge" kimi nüfuzlu beynəlxalq müsabiqədə yüksək keyfiyyətinə görə qızıl medal qazanıb.”

Mənzilin ilk qalibi və sahibi Masallı rayon sakini, ailəsi ilə artıq mənzilə köçmüş Quliyev Rəşaddır. İkinci qalib Bina qəsəbəsində yaşayan Həmidov Çingizdir və üçüncü mənzilin qalibi Bakı şəhəri sakini 26 yaşlı gənc ana Xanım Həsənovadır.

Qalibləri təbrik edirik!

Carlsberg Azerbaijan pivə zavodu Azərbaycan paytaxtından 10 kilometr məsafədə Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçilər işləyir (distribütorlar, agentliklər, podratçılar). Carlsberg Azerbaijan-ın büdcədə illik ayırmaları təxminən 15 milyon manat təşkil edir, şirkət Vergilər Nazirliyinin vergi tərəfdaş statusuna malikdir. Zavodun inkişafında investisiyaların ümumi həcmi 50 milyon manat təşkil edir. Şirkət portfelinə Xirdalan, Tuborg, Балтика 7, Балтика 0, Балтика 9, Baltika 4, Балтика КУЛЕР, Efsane, Жигулевское Фирменное, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage Hard Lemon, Somersby, Karmi Sensual kimi məşhur brendlər daxildir.

Carlsberg Group 1847-ci ildə yaranıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı, Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində Carlsberg Groupun fabrikləri var və onun məhsulları 150 ölkədə mövcuddur. Şirkət portfelinə 140-dan çox pivə markaları daxildir. Group işçilərin ümumi sayı 42,000-dən çoxdur.

Əlaqə:
Carlsberg Azerbaijan MMC-nin Korporativ ünsiyyətlər üzrə böyük mütəxəssis
Lalə Əfəndi
Mob: +994 50 286 76 64
[email protected]
www.carlsbergazerbaijan.az