SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda əlvan metallar həftəlik ucuzlaşmadan sonra bir qədər bahalaşıb.

İyulun 23-də qızılın qiyməti ötən həftənin cümə günü ilə müqayisədə 17,6375 manat artaraq 1 troy unsiyası üçün 2094,1195 manat təşkil edib.

Gümüş 0,2787 manat bahalaşaraq 1 unsiya üçün 26,3547 manata bərabər olub.

Platinin qiyməti 33,4135 manat azalaraq 1405,866, palladiumun qiyməti isə 18,5045 manat azalaraq 1518,236 manat təşkil edib.

BAKU.WS