SİZİN REKLAM BURADA!
055 213 76 73



Sazz Bakı və Abşeron yarımadasında simsiz genişzolaqlı TDD-LTE şəbəkəsinin kommersiya istifadəsinə verildiyini elan edir. Tədbir Azərbaycan Demokratik Respublikasının (ADR) ildönümünün 100 illiyinə həsr olunub.

Sazz (FWA Fixed Wireless Access) simsiz genişzolaqlı internetin keyfiyyətinə xüsusi diqqət yetirir. Şirkət üçün 2018-ci ilin prioritet istiqamətlərdən biri Bakı və Abşeron yarımadasında yerləşən TDD-LTE genişzolaqlı infrastrukturunda yüksək keyfiyyətli və etibarlı İnternet xidmətinin qurulmasıdır. Avadanlığın təchizatçısı İsrailin Telrad Networks şirkətidir. Telrad şirkətinin Satış üzrə Prezidenti, Orit Ginzburg əlavə etmişdir: "Biz Şərqi Avropada və MDB ölkələri bazarlarında son dövrlər ərzində nail olduğumuz artım səbəbi ilə sevincliyik. Hər gün daha çox operator Telradın genişlənmiş potensial və artan əhatə dairəsi ilə şəbəkələrin uğurlarında necə həlledici rol olmasının şahidi olurlar" Eyni zamanda Chris Daniels, Telrad şirkətinin prezidentinin sözlərinə görə “Sazz internet şirkəti tərəfindən seçildiyimiz üçün qürur duyuruq”

İndi Bakı sakinlərinin paytaxt rayonlarında, Bail, Badamdar, Bakıxanov, Sabunçu, Əhmədli qəsəbələrində, Mərdəkan, Şüvəlan, Bilgəh, Nardaran, Maştağa, Novxanı, Hövsan, Buzovna, Lökbatan Xəzər sahili kəndlərdə, Sədərək ticarət mərkəzində, həmçinin Xırdalan və Sumqayıt kimi şəhərlərdə, 30 Mbit/s qədər sürətlə simsiz genişzolaqlı internet xidmətlərindən istifadə etməsi mümkün olacaq.

Şirkətin prezidenti Ceyhun Mollazadə bildirir ki "Birinci mərhələdə biz planlaşdırılmışdan daha çox işləri reallaşdira bildik. Biz paytaxtı tam, Abşeron yarımadasını isə demək olar ki, 80-85 faiz TDD-LTE şəbəkəsi ilə təmin edə bilmişik. Texniki iş ilin əvvəlindən başlayıb və layihənin özü isə ötən ilki BakuTel2017 sərgisi çərçivəsində elan edilib. Biz bu zaman ərəfasində daha çox stansiya alaraq əhatə dairəsinin genişləndirilməsi və ADR-in 100 illiyinədək şəbəkənin işə salınmasına həsr etmişik. Və Buda SAZZ şirkətinin Azərbaycan Demokratik Respublikasının ildönümünün 100 illiyi naminə olan bir töhfəsidir".

TDD-LTE şəbəkəsinə qoşulmaq üçün ilkin mərhələdə şirkət LTE / Wi-Fi indoor (Daxili) modemlərini təklif edir. Bunlar yalnız TDD-LTE şəbəkəsinə qoşulmaq üçün istifadə edilə bilən tək-çipli modemlərdir. TDD-LTE şəbəkəsinə qoşulmaq üçün WiMAX cüt çipli WiMAX-TDD-LTE modemlərindən istifadə edən Sazz abunəçilərinə gəldikdə, LTE-ə keçid üçün yalnız Sim kartı almaq lazımdır. Hal hazırda Sazz WiMAX internet şəbəkəsinə qoşulan abunəçilər TDD-LTE şəbəkəsinə qoşulmaq üçün (şirkətin xidmətindən istifadə etdikləri dövrdən asılı olaraq) xüsüsi endirimlər və şəbəkəyə pulsuz giriş imkanı təklif edəcəklər.

Gələcəkdə istifadəçilərə TDD-LTE xarici modemlər və TDD-LTE MiFi mobil cib modemi sayılan iki modem təklif olunacaq.

Outdoor (xarici) modemlər korporativ seqment, kiçik və orta biznes üçün nəzərdə tutulmuşdur. Arzu edənlər onu həmçinin həyət evlərinə qoşmaq üçün istifadə edə bilərlər. Bu cihazlar keyfiyyətcə 30 kilometr radiusda keyfiyyətli bir siqnal almağa imkanı verir. Outdoor(Xarici) və MİFİ modemlər WiFi marşrutları ilə birgə birləşmə xidməti kimi təqdim ediləcək, bunun sayəsində abunəçilər əsas xətt ilə birgə ikinci bir xətt ala biləcəklər ki, bu da onlara daha ucuz başa gələcək.

TDD-LTE MiFi cihazı avtomobildə istifadə edilə bilər. Onu avtomobilin siqaret çaxmağı yerindən enerjisini yükləyə biləcəklər. Gələcəkdə, Bakıda avtomobil dillerləri və mehmanxanalarda TDD-LTE MiFi cihazın istifadəsi nəzərdə tutulub. Xüsüsən isə mehmanxanalarda LTE-MİFi-ın olması Turistlərin internetə qoşulmasını çox rahat edəcək.

TDD-LTE şəbəkəsinə qoşulma həcminə gəlincə, istifadəçilər üçün iki aylıq limitsiz tarif planları nəzərdə tutulur. Birincisi, əhali üçün olan 25 manat tarifi, ikincisi isə kiçik və orta ölçülü müəssisələr üçün 45 manat dəyərində tarifdir. Korporativ istifadəçilərə (SLA ve IP-telefoniya) əlavə üstünlüklər veriləcək

"Hazırda Sazz, Hovsan kəndində IP-TV və IP-telefoniya xidmətlərini test etməyə hazırlaşır. Gələcəkdə xidmət əsasən tələbat olduğu yerlərdə yerləşdiriləcək. Bu istiqamətdə texniki işlər artıq yayda başlanıb. Şəbəkənin regional inkişafına gəldikdə isə, TDD-LTE şəbəkəsinin ilk yerləşdirilməsi Sazz WiMAX şəbəkəsi yükləndiyi sahələrdə təmin ediləcək. Bu əsasən Gəncə, Mingəçevir, Quba, Şəki, Lənkəran və s. kimi böyük şəhərlərdir. İdeal olaraq gələcəkdə biz bütün regional mərkəzləri TDD-LTE şəbəkəsi ilə əhatə etmək istəyirik"- deyə şirkətin prezidenti Ceyhun Mollazadə bildirib.

Gələn il ərzində şirkət öz abunə bazasını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Hazırda Sazz LTE şəbəkəsi texnoloji olaraq çox sayda abonentə yüksək keyfiyyətli xidmət göstərməyə imkan verir. Abonent bazası böyüdükcə, saytların sayı da artacaq. 2018-ci yol xəritəsinə görə, texnoloji dəstək olduğu təqdirdə Telrad Networks Dual Carrier texnologiyasını tətbiq edəcəkdir ki, bu da , şəbəkə tutumunu ikiqat artıracaq, korporativ istifadəçilər üçün yüksək sürətli çıxışı təmin etmək məqsədilə isə Carrier Aggregation texnologiyası tətbiq olunacaq.

Ümumilikdə, 2020-ci ilədək, Telrad Networks texnologiyaları ötürmə qabiliyyətini 1 Gbit/s sürətədək qədər artıracaqdır ki, bu da 5G standartına aid edilir. Buna görə, Sazzın bu gün əsas şüarı "5G-yə bir addım"-dır.