SİZİN REKLAM BURADA!
055 213 76 73



Mayın 18-də Azərbaycanda qızıl və gümüşün qiyməti bahalaşıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qızılın qiyməti mayın 17-i ilə müqayisədə 0,628 manat artaraq 1 troy unsiyası üçün 2196,6285 manat təşkil edib.

Gümüş 0,0512 manat bahalaşaraq 1 unsiya üçün 27,8979 manata bərabər olub.

Platinin qiyməti 5,3295 manat azalaraq 1511,7845 manat, palladiumun qiyməti 8,772 manat azalaraq 1667,768 manat təşkil edib.

BAKU.WS