SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
 
BAKU.WS xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,77% artaraq 89,3 ABŞ dolları təşkil edib.
 
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
BAKU.WS