SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtda və bölgələrdəki maşın bazarlarında bahalaşma müşahidə olunur. Buna səbəb kimi isə ili köhnə olan avtomobillərin xaricdən artıq gəlmədiyi, bunun əvəzində isə yaranan təlabatı ödəmək üçün bu cür maşınların sayının getdikcə azalmasıdır. "XəzərXəbər” bazarlardakı bahalaşmanın həcmini araşdırıb.

BAKU.WS xəbər verir ki, həm paytaxtda həm də bölgələrdə avtomobil qiymətlərdə artım müşahidə olunur. Satıcılar qiymət artımını əsasən xaricdən artıq köhnə avtomobil gəlmədiyinə görə belə avtomobillərə təlabatın artmasında görürlər.

Alıcılar isə qiymətlərin bu dəfə öncəki aylardan daha çox bahalandığını bildirirlər. Hətta bu qiymət fərqinin minlərlə manat olduğunu düşünürlər.

Gəncənin avtomobil bazarında satıcılar müştəri qıtlığından şikayətlənsə də alıcılar isə buna qiymətlərin baha olmasını səbəb göstərirlər.

Bərdənin avtomobil bazarında da qiymət artımı müşahidə olunur.

Ancaq müşahidə olunan budur ki, bölgələrdəki qiymət artımı paytaxtla müqayisədə daha azdır. Və Bakıdan fərqli olaraq bölgələrdə tələbat daha çox Rusiya istehsalı olan avtomobillərədir.
 
Aynur Ələkbərova
BAKU.WS