SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) indiki rəhbərliyi qurumun öz standartlarının hazırlanmasını qarşıya məqsəd qoyub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Bakıda Ümumdünya Standartlar Günü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.

"SOCAR kifayət qədər inkişaf etmiş strukturdur, Azərbaycan iqtisadiyyatının dayaqlarından biridir, yeni idarəetmə məktəbidir. SOCAR-da xüsusi standartların tətbiq edilməsi çox vacib məsələdir. Öz standartlarımız olarsa, bu, bizim üçün faydalı olar", - deyə o, əlavə edib.

BAKU.WS