SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “Qalatasaray” klubu arasında sponsorluq müqaviləsi imzalanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, imzalanma mərasimi “Ali Sami Yen” İdman Kompleksində gerçəkləşib.

Üçillik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 avro təşkil edir.

Anlaşmaya əsasən, “Qalatasaray” 2023/2024 mövsümündə UEFA-nın bayrağı altında təşkil olunan bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) sinəsində SOCAR yazısı olan formada çıxış edəcək.

“SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov Türkiyə nəhəngi ilə birlikdə uzun bir yola çıxdıqlarını söyləyib: “Türkiyədə idmana verdiyimiz dəstəyə yeni bir halqa əlavə edirik. “Qalatasaray”dan UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qələbə ilə yoluna davam etməsini gözləyirik. “Qalatasaray”ın bütün sahələrdə uğurlar qazanacağına inanırıq. Kuboku da burada görəcəyimiz günlərin yaxın olduğuna inanırıq”.

“Qalatasaray”ın prezidenti Dursun Özbek SOCAR-la əməkdaşlıqdan məmnun olduqlarını bildirib: “Avropada böyük hədəflərə doğru irəlilədiyimiz bu yolda SOCAR-ın yanımızda olması bizim üçün çox dəyərlidir”.

Qeyd edək ki, SOCAR, həmçinin, mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.

BAKU.WS