SİZİN REKLAM BURADA!
055 213 76 73


Tacikistanla sənayenin bir sıra sahələri, o cümlədən, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən istifadə, rəqəmsal ticarət, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial var.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşündə bildirilib.

Görüşdə xalqlarımız arasında dostluq münasibətlərinin, dövlət başçılarının səfərlərinin, yüksək səviyyəli görüşlərin, imzalanmış sənədlərin, həmçinin, işgüzar əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyi vurğulanıb.

İqtisadiyyat naziri ölkəmizin Milli Prioritetləri, dayanıqlı iqtisadi inkişaf tədbirləri, təşəbbüsçüsü və iştirakçısı olduğumuz regional və qlobal enerji layihələri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına önəm verdiyini, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən istifadə etməkdə maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadi əlaqələrin inkişafı perspektivləri və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirə aparıblar.

***12:01

Azərbaycan və Tacikistan arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə edilib.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

“Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikirlərimizi bölüşdük”, - deyə o, qeyd edib.

BAKU.WS
QALEREYA