SİZİN REKLAM BURADA!
055 213 76 73


"İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb".

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında paylaşım edib.

“2022-ci ildə bu müəssisələr ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satıb ki, bunun da 1 milyard manatı ixracın payına düşüb. 2021-ci illə müqayisədə satış 20,6%, ixrac isə 10,1% artıb. Sənaye zonalarında 10 400-dən çox iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə o qeyd edib.

BAKU.WS