SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Azərbaycanda növbəti valyuta hərracı keçirilib.
 
"Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, hərraca Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 150 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.

Həmin vəsaitin təxminən 75 mln. dolları kommersiya banklarına satılıb. 

"Report”un analitik qrupu hesab edir ki, bu gün Azərbaycanda dolların rəsmi məzənnəsi bir qədər azalacaq. Artıq banklar da nağd valyuta bazarlarında qiyməti azaltmağa başlayıb. 
 
BAKU.WS