SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il oktyabrın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə kredit qalığı 858,4 milyon manat olan 5 035 müraciət üzrə 70,4 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter səhifəsində yazıb.

"5 009 kredit üzrə sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənişi həyata keçirilib", - nazir qeyd edib.

BAKU.WS