SİZİN REKLAM BURADA!
055 213 76 73


İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Ryazan vilayəti ilə işgüzar münasibətlər mövcuddur. Bununla belə, sənaye, ticarət, informasiya texnologiyaları, investisiya, turizm, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar vardır.

Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitin Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün görülən işlər barədə fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.

Sonra Ryazan vilayəti Hökumətinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Ryazan şirkətlərinin məhsullarından ibarət “şou-rum”un açılışı olub.

BAKU.WS
QALEREYA