SİZİN REKLAM BURADA!
055 213 76 73


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 27-də 107,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 106,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,25 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 102,9 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.

BAKU.WS