SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa İttifaqı qaz tədarükünə dair ABŞ, Norveç, Əlcəzair, Azərbaycan və Qətər kimi tərəfdaşlarla fəal danışıqlar aparır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen “Avropa Sənaye Günləri 2022”də çıxışında bildirib.

O deyib ki, Avropa təbii qazın 90 faizini kənardan idxal edir və hazırda COVID-19-dan sonrakı canlanma ilə əlaqədar təbii qaza tələbat bütün dünyada artıb.

Ursula von der Leyen hazırkı geosiyasi gərginliyin də bu məsələyə təsirsiz qalmadığını deyib.

BAKU.WS