SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaxın vaxtlarda Azərbaycanda mebelin qiymətinin artması gözlənilir, ona görə istehsalçılar indidən mebel əldə etməyi tövsiyə edir.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda bir sıra məhsula tələbat xeyli azalıb. Bu, təklifə də öz təsirini göstərib: Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ildə Azərbaycana 120.7 mln. manatlıq, 2020-ci ildə isə 89.07 mln. manatlıq mebel və onun hissələri gətirilmişdir.

Bakı mebel mağazaları arasında keçirilən sorğu nəticəsində məlum olub ki, hal-hazırda, tikinti materiallarının qiymətinin artdığı şəraitdə, tələbatın az olması, mebel və onun hissələrinin qıtlığı, daşınma qiymətinin artması səbəbindən qiymətlər artıq 15-20 faizədək bahalaşıb və bu artım ən azı ilin sonunadək davam edəcək. Qiymətlərin qalxmasına baxmayaraq, yayın əvvəlindən yerli bazarda alıcılar arasında əhəmiyyətli dərəcədə dirçəliş qeydə alınıb. Bunlar əsasən cehizlik mebel ilə maraqlanan müştərilərdir.

Tut.az Pulsuz Elanlar Saytının məlumatına əsasən, müştəriləri ilk növbədə qonaq otağı dəstləri, özəlliklə də stol-stul, künc divanları və digər yumşaq mebellər maraqlandırır.

Bundan əlavə, mətbəx mebeliyataq mebeli bölməsində də sabit artım qeydə alınıb.

Yay mövsümünün əvvəlindən sayt istifadəçilərinin bağ mebelləri bölməsindəki elanlara baxış sayı 70 faiz artıb. Bu da satıcıları orada daha çox məhsulların yerləşdirilməsinə sövq edir.

BAKU.WS