SİZİN REKLAM BURADA!
055 213 76 73


Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) tikinti mərhələsindədir və bu layihənin 2021-ci ilin sonunda istismara verilməsi planlaşdırılır.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu layihənin tikintisi Şaquli qaz dəhlizinin (Yunanıstan-Bolqarıstan-Rumıniya-Macarıstan) reallaşdırılması üçün strateji əhəmiyyət daşıyır:

"Şaquli qaz dəhlizi "Cənub Qaz Dəhlizi"nə çıxışı və Cənub-Şərqi, eləcə də Mərkəzi Avropaya və Ukraynaya mayeləşdirilmiş qaz tədarükünə çıxışı təmin edəcək. IGB-nin reallaşdırılması Bolqarıstanın alternativ qaz idxalı mənbə və marşrutlarına çıxış əldə etmək üçün infrastrukrturun təmin olunması siyasəti ilə əlaqədardır. Bu qaz kəmərinin tikintisi Yunanıstan və Bolqarıstana tədarükün azalacağı təqdirdə daha səmərəli reaksiya göstərmək imkanı yaradacaq. Pik həddə tələbatın qarşılanması üçün infrastrukrtur yaradılacaq".

BAKU.WS