SİZİN REKLAM BURADA!
055 213 76 73


2021-ci ilin yanvarında Azərbaycanda hüquqi və fiziki şəxslər 122 ölkə ilə ticarət əməliyyatları keçirib.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, Azərbaycandan 61 ölkəyə məhsul ixrac edilib, 117 ölkədən isə məhsul idxal olunub.

Yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 2,24 milyard dollar, o cümlədən 1,4 milyard dollar ixrac və 787,5 milyon dollar idxal təşkil edib. Ticarət balansında müsbət saldo 667,4 milyon dollara bərabər olub.

2020-ci ilin yanvarı ilə müqayisədə xarici ticarət dövriyyəsi 5,7 faiz, idxal 12,3 faiz, ixrac isə 9,1 faiz azalıb.

BAKU.WS