SİZİN REKLAM BURADA!
055 213 76 73


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün gündəlik qlobal neft tələbatının artım tempi üzrə proqnozunu artırıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,9 mln. barel təşkil edəcək (öncəki proqnoz – 5,8 mln. barel). Beləliklə, bu il sözügedən göstərici 96,3 mln. barel səviyyəsində olacaq.

Hesabata qeyd olunur ki, ötən il qlobal gündəlik neft tələbatı 90,3 mln. barel olub, bu da illik müqayisədə 9,7% azdır.

BAKU.WS